Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu

ÖLKƏ
12:39 / 18.11.2025
36

Bakıda fəaliyyət göstərən məşhur “Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.

10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.

Qeyd edək ki, “Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.

0