Əməkdar artist Yadigar Muradov dəfn edilib.
HİT.az xəbər verir ki, mərhum aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
***
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.
Modern.az xəbər verir ki, buna səbəb mərhumun ailəsinin istəyi olub.
Onlar hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.
Aşıq Yadigarın nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılıb.


