Prezident Kamran Əliyevi təltif etdi

ÖLKƏ
16:19 / 19.11.2025
41

Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Bayram oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, ötən gün Baş prokuror Kamran Əliyevin 60 yaşı tamam olub.

0