Biləsuvarın sabiq icra başçısı - 8 il 3 ay həbs cəzasına məhkum edilmiş Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdirilib.
HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.
Mahir Quliyev ciddi rejimdən daha yüngül- ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, eks-icra başçısı 2020-ci ildə korrupsiya ittihamı ilə həbs edilib. 5 ildir həbsdədir. O, hazırda həkim nəzarətində saxlanılır.


