Vüqar Qurbanov: "Bəzi xidmətlər gələn ildən təmin edilməyə bilər"

ÖLKƏ
15:53 / 20.11.2025
40

"Ola bilər ki, icbari tibbi sığorta zərfinə daxil olan bəzi xidmətlər gələn ildən təminata alınmasın. Bununla bağlı məlumat il sonuna doğru dəqiqləşəcək".

HİT.Az Manset.az-a istinadən xəbər verir ki, bu fikirləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə çıxışı zamanı səsləndirib.

"Burada vacib məqam odur ki, ölkəmizdə sığortalı və sığortalı olmayan hissə yaranacaq. Sığortalı olmayan hissə sığorta haqqını ödədikdən sonra artıq sığorta olunan hesab oluna biləcək. İcbari Tibbi Sığorta Agentliyində vətəndaşlara göstəriləcək xidmətin çərçivəsi ilə bağlı müzakirələr aparılır", - deyə Vüqar Qurbanov əlavə edib.

0