Nömrəni söküb avtobus zolağına girən sürücü saxlanıldı

ÖLKƏ
16:36 / 25.11.2025
42

Bakıda qeydiyyat nişanı olmadan idarə edilən avtomobilin görüntüləri yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən HİT.az-a bildirilib ki, Səbail rayonunda lentə alınan həmin görüntülər araşdırılıb.

Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

0