Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) üç sürücüsü vəzifəsindən azad edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb.
Belə ki, RİH Aparatının Xidməti heyətində Baş mütəxəssis - sürücü vəzifəsində çalışan Elnur Verdizadə, Dadaş Əliyev və Sənan Əskərov vəzifəsindən azad ediliblər. Yeni əmrlə isə Ruslan Hüseynov və Anar Bayramov Baş mütəxəssis - sürücü vəzifəsinə təyin olunublar.
Bundan əlavə, icra başçısının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi Kamal Həsənov da işdən çıxarılıb.


