Dövlət Komitəsində üç yüksək vəzifəyə təyinat olacaq

ÖLKƏ
13:56 / 26.11.2025
15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində üç yüksək vəzifə xeyli vaxtdır təyinat gözləyir.

Modern.az-ın məlumatına görə, komitədəki vakant vəzifələrdən biri sədrin I müavini postudur. Bu vəzifəyə 1 ildən çoxdur təyinat həyata keçirlmir.

Qeyd edək ki, vakansiyaya qədər komitə sədrinin I müavini vəzifəsində hazırkı deputat Səyyad Salahlı (Aran) işləyib. O, 16 noyabr 2012-ci ildən 15 iyul 2024-cü il tarixinə kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini olub. Səyyad Salahlı deputat seçiləndən sonra onun yerinə yeni təyinat olmayıb.

Dini Komitədəki digər vakant vəzifə sədr müavindir.

Komitənin Aparat rəhbəri vəzifəsi də yeni təyinat gösləyir. Keçmiş Aparat rəhbəri mərhum Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən, hələlik bu vəzifəyə yeni kadr gətirilməyib.
 

0