Şəhidin hərbçi oğlu vəfat etdi

ÖLKƏ
10:27 / 27.11.2025
44

Müdafiə Nazirliyinin zabiti İsmayıl Əzimli vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, N saylı hərbi hissənin zabiti İ.Əzimli döyüş yoldaşları ilə Vətən müharibəsində döyüşdükləri əraziləri ziyarət edərkən ölüb.

Onun nəşi dəfn edilməsi üçün sakini olduğu Biləsuvar rayonunun Səmədabad kəndinə aparılıb.

İsmayıl Əzimli ailəli idi, iki övladı yadigar qalıb.

Qeyd edək ki, mərhum zabitin atası Elman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhid olub. Vətən müharibəsi iştirakçısı olan İ.Əzimli ordu sıralarında vətənə xidmətini davam etdirirdi.

0