AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin bu gün Dövlət Təhlükəsizliyi Xidmətində dindirilmələri məlum olub.
"Report"un məlumatına görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər.
Məlumatda bildirilib ki, bu gün adları çəkilən şəxslərin evlərində axtarış aparılıb. Bildirilir ki, axtarış Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılıb.
15.06
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparılıb.
APA xəbər verir ki, bu, DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, Əli Kərimlinin evində bir qədər əvvəl axtarış aparılması Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.


