Uşaqların virtual oyun asılılığı

ÖLKƏ
17:02 / 02.12.2025
21

Uşaqların ən çox sosial, vitual oyunlarda vaxt keçirir. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqlar virtual oyunlarda daha aqressiv, üsyankar tipli obrazlar yaradır və bu qəlibdən olan oyunlar oynamağa üstünlük verirlər:

 “Uşağın virtual oyunlara aslılığı varsa, valideyn ilk növbədə övladının hansı tip oyunları oynadığını, oyunun süjet xəttinin nədən ibarət olduğunu, nəyi göstərdiyini və onun maraq dairəsində hansı tərzdə oyunların olduğuna diqqət yetirməlidir. Bundan sonra onunla onun yaşına, psixologiyasına uyğun bir tərzdə, uyğun dildə söhbət etməli və övladını çəkindirməyə çalışmalıdır. Artıq, bunlar da fayda vermirsə və zamanla bu aslılıq artırsa mütləq bir şəkildə ixtisaslaşmış psixoloq dəstəyi alınmalıdır. Psixoloq uşağın oynadığı oyunların məğzinə, formasına, məqsədinə və digər faktorlara görə, onun ideal mənində arzuladığı obrazları müəyyənləşdirir və onun psixikasına uyğun bir yol xəritəsi hazırlayır”. 

Sevinc

0