Azərbaycanın xaricdə təhsil sektorunda mühüm nüfuz sahibi olan Elşad Məmmədzadə, 2012-ci ildən etibarən minlərlə gəncin həyatında dönüş nöqtəsi yaradıb. O, Akademi Group şirkətinin rəhbəri kimi təkcə Bakıda deyil, həmçinin region ölkələrində də ən böyük beynəlxalq təhsil sərgilərini təşkil etməklə bu sahənin inkişafına mühüm töhfələr verib.
Onun təşəbbüsü ilə keçirilən sərgilər və maarifləndirici tədbirlər gənclərə xaricdə təhsil imkanlarına birbaşa çıxış verir, valideynlərin isə övladlarının təhsili ilə bağlı suallarını ən doğru mənbədən – universitet nümayəndələrindən öyrənməsinə şərait yaradır.
On İllər Boyu Formalaşmış Təcrübə və Peşəkarlıq
Elşad Məmmədzadə 2012-ci ildə Akademi Group-u təsis etməklə Azərbaycanın təhsil bazarında yeni nəfəs formalaşdırdı. İlk illərdən etibarən o, təhsil sahəsinə sistemli, müasir, şəffaf və beynəlxalq yanaşma gətirmək məqsədi ilə fəaliyyət göstərdi.
Bu müddət ərzində:
1000-dən çox Azərbaycanlı tələbə onun dəstəyi ilə xaricdə təhsil almağa başlayıb
Türkiyə, Avropa və dünyanın onlarla ölkəsindəki universitetlərlə əməkdaşlıq əlaqələri qurulub
Qəbul prosesləri, sənəd işləri və təqaüd imkanları üzrə yüzlərlə gənc üçün fərdi strategiyalar hazırlanıb.
Elşad Məmmədzadənin rəhbərliyi altında xaricdə təhsil prosesinə peşəkar yanaşma formalaşıb və bu istiqamətdə ölkədə yeni standartlar yaradılıb.
Minlərlə İnsan üçün Fürsət Yaradan İllik Təhsil Sərgiləri
Akademi Group tərəfindən təşkil olunan beynəlxalq təhsil sərgiləri hər il böyük maraqla qarşılanır. Bu sərgilər həm ölkədə, həm də regionda ən genişmiqyaslı tədbirlərdən hesab olunur.
Sərgilərin əsas üstünlükləri:
3000-dən çox şagird və valideyn hər il sərgilərdə iştirak edir
Universitetlərin rəsmi nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılır
Qəbul qaydaları, təqaüd mexanizmləri, ixtisas seçimi və yaşayış xərcləri barədə dəqiq məlumatlar təqdim olunur
Gənclər üçün yerində qeydiyyat, endirim və xüsusi kampaniyalar həyata keçirilir
Sərgilərdə aşağıdakı regionların universitetləri iştirak edir:
Türkiyə – yüzlərlə tələbənin illik seçim etdiyi dövlət və özəl universitetlər
Avropa – Polşa, Macarıstan, Litva, Almaniya, İtaliya, Hollandiya və digər ölkələr
Dünya – ABŞ, Kanada, İngiltərə, BƏƏ, Malayziya, Cənubi Koreya və s.
Bu tədbirlər Azərbaycanın regionlarında yaşayan şagirdlər üçün də bənzərsiz imkan yaradıb və təhsil marketinqinə yeni dinamika gətirib.
Regional və Beynəlxalq Miqyasda Təşkil Olunan Sərgilər – İlk və Yeganə Layihələrdən
2017-ci il Elşad Məmmədzadənin fəaliyyətində dönüş nöqtəsi oldu. O, təhsil sərgilərini ölkə sərhədlərindən çıxararaq regionda da bu istiqamətdə pioner addımlar atdı.
Təşkil edilən beynəlxalq sərgilər:
Bakı və Gəncə (Azərbaycan) – minlərlə tələbənin birbaşa xarici universitetlərlə görüşdüyü tədbirlər
Tbilisi (Gürcüstan) – Gürcüstana xaricdə təhsil sərgilərini ilk dəfə gətirən Azərbaycan şirkəti
Şımkent və Almatı (Qazaxıstan) – Mərkəzi Asiyanın iki böyük şəhərində genişmiqyaslı təhsil görüşləri
Bu sərgilər sayəsində Akademi Group təkcə Azərbaycanda deyil, həm də region ölkələrində xaricdə təhsil istiqamətində tanınmış təşkilat kimi mövqeləndi.
Azərbaycan Təhsil Sektorunun Texnoloji İnkişafına Dəyərli Töhfə
Elşad Məmmədzadə fəaliyyət göstərdiyi dövr ərzində xaricdə təhsil prosesini ölkədə daha əlçatan və daha texnolojik sistemli hala gətirib. O, ayrica olaraq digital təhsil sahəsindəki yeniliklə ölkədə ilk dəfə olaraq xasricdən qiyabi təhsil sisteminin qurulmasının banisidir. Onun təşkil etdiyi sərgilər yüzlərlə universiteti, minlərlə şagird və valideyni bir araya gətirərək: doğru təhsil seçiminə tələbələrin potensialının təhsilin texnoloji üsulları ilə seçilib dəyərləndirilməsi ve düzgün yönləndirilməsinə eyni zamanda universitetlərlə əlaqələrin güclənməsinə gənclərin dünya səviyyəsində rəqabətqabiliyyətli olmasına töhfə verib.
Hazırda o, xaricdə təhsil sahəsində ölkənin ən təcrübəli və aparıcı ekspertlərdən biri kimi çıxış edir, dünyanın ən tanınmış üniversitetlərin və sərgilərində Azərbaycanı təmsil edir və Azerbaycanda bir sıra tədris və sərgi layihələrini idarə edir və yeni yerli beynəlxalq əməkdaşlıqlar üzərində çalışır.
Samir




