ARB 24 beynəlxalq əlaqələrini genişləndirir. Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24 telekanalı ilə Birləşmiş Ərəb Əmirliklərinin "Viory" beynəlxalq informasiya agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə "Viory"nin baş meneceri Zulayho Siddikova və telekanalın direktoru Radik İsmayılov imza atıblar.
Memoranduma əsasən, tərəflər arasında əməkdaşlıq qurulacaq və informasiya mübadiləsi həyata keçiriləcək. "Viory"nin baş ofisi Abu-Dabidə yerləşir. Dünyanın əksər regionlarında nümayəndəlikləri var. Agentlik Qlobal Cənubun səsinin dünyaya çatdırılmasını özünün əsas missiyası elan edib.
Memoranduma əsasən, tərəflər bir-birlərini informasiya ilə təmin edəcəklər. Gələcəkdə birgə kontentin yaradılması da nəzərdə tutulur.
























