15 ildən sonra komandir vəzifəsindən azad edildi

ÖLKƏ
15:00 / 10.12.2025
37

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olunub. 

Qaynarifo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Süleymanov Əbülfəz Cəfər oğlu son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Cəsur Cəfərov gətirilib.

Qeyd edək ki, polkovnik Əbülfəz Süleymanov 2010-cu ildən "N" saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışırdı.

0