Azərbaycanla Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq müzakirə olundu

ÖLKƏ
11:26 / 11.12.2025
42
Əbu-Dabidə keçirilən "Bridge" media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Suriyanın informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.
 
HİT.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
 
Görüş zamanı Azərbaycanla Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.
 

0