İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

ÖLKƏ
18:12 / 11.12.2025
41

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Süleyman Mikayılov əmr imzalayıb.

Belə ki, yeni təyinat Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi (mühəndis) vəzifəsi üzrə aparılıb və əmrə əsasən, bu posta Kamran Əliyev təyinat alıb. O, hazırda şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsinin müvəqqəti icraçısı müəyyən olunub.

K.Əliyev bu vəzifədə ötən ay Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləyib. 

0