DTX-nin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar - FOTO/VİDEO

ÖLKƏ
14:19 / 12.12.2025
48
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.
 
DTX-nin Mətbuat xidmətindən HİT.az-a verilən məlumata görə, Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.
 

 
0