Sabah Bakıya sulu qar yağacaq

ÖLKƏ
13:11 / 13.12.2025
48

Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Hit.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

0