Polis 14 avtomat aşkarladı

ÖLKƏ
11:30 / 15.12.2025
40

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

HİT.az xəbər verir ki, dekabrın 13-ü və 14-ü polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança aşkar ediblər.

Bununla yanaşı, 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron da polislər tərəfindən aşkar edilərək götürülüb.
 

0