"Türk dili əsrlər boyu könülləri bir-birinə bağlayan, ortaq tariximizin və mədəniyyətimizin ən güclü təməl sütunlarından biridir”.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Dünya Türk Dili Ailəsi Günü ilə bağlı deyib.
O, bildirib ki, Dünya Türk Dili Ailəsi Günü münasibətilə Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzərə qədər uzanan geniş coğrafiyada eyni dili danışan bütün qardaş xalqları səmimi-qəlbdən salamlayıram.
"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi:
"Birliyimiz gücümüzdür” şüarı ilə Türk dünyasını hər sahədə gücləndirməyi, müxtəlif çağırışlar qarşısında daha davamlı və dayanıqlı hala gətirməyi hədəfləyirik.
Bu gün Türk Dövlətləri Təşkilatı çətiri altında möhkəmlənən əməkdaşlığımız, ortaq dilimizin və mədəniyyətimizin gələcək nəsillərə daha güclü şəkildə ötürülməsinə öncüllük edir.
Türk dili təkcə ünsiyyət vasitəsi deyil, həm də ortaq dəyərlərimizin, tariximizin və sivilizasiyamızın daşıyıcısıdır.
Türk dilinin zənginliyini yaşadan, onu qoruyub inkişaf etdirən bütün qurumlarımıza, alimlərimizə və könül fədailərinə ən səmimi təşəkkürlərimi bildirirəm.
Birliyimizin təməli olan dilimizin hər bir sözü gələcəyə uzanan ortaq səsimizdir” – deyə B.Duran əlavə edib.



