İndiki dövrdə toy etmək hər iki tərəf üçün heç də asan deyil.
Qədim adətlərin icrası və tərəflərin bir birindən tələbi vəziyyəti daha da çətinləşdirir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, Azərbaycanda evlilik yaşının artması artır: "Azərbaycanda evlənmək yaşının artması iki səbəblə bağlıdır. Birincisi, sosial-iqtisadi vəziyyət, ikincisi isə, bəzi lazımsız adətlərlə əlaqədardır. Kimlərinsə son dövrlərdə dəbə saldığı evlənəcəyin qıza qızıl almaq, qıza 20 minlik cehiz vermək, xərc tələb edən xına mərasimi, nişanın toy kimi keçirilməsi, toyların dəbdəbəli şərtlərlə təşkil olunması gənclərin özlərini evlənməyə hazır hiss etmələrinə imkan vermir".
Sevinc


