Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb.
HİT.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb.
Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir.
Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib.


