Nazirin bu açıqlaması qalmaqal yaratdı

ÖLKƏ
10:22 / 17.12.2025
48

Nazir Emin Əmrullayevin bu sözlərini orta məktəblərdə keyfiyyətli müəllimlərin olmasının vacibliyi, həmçinin şagirdləri öyrətmək istəməyən və ya öyrətmə potensialına malik olmayan müəllimlərin orta ümumitəhsil məktəblərində istənilməməsi kimi şərh etmək olar.

HİT.az  bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev elm və təhsil naziri Emin Əmrullayevin “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” sözlərini şərh edərkən deyib.

O bildirib ki, kimin necə düşünməsindən asılı olmayaraq, nazir ədalətli danışıb və cəmiyyət üçün vacib məqama toxunub:

“Nazirin səsləndirdiyi fikirdən həm də bu məna çıxır ki, savadsız müəllimə niyə maaş verilsin? Qeyd edim ki, sertifikasiya imtahanında da bəzi müəllimlərin öz ixtisası üzrə işləmədiyini, bəzilərinin isə öz ixtisası üzrə bilik və bacarıqlara sahib olmadığının şahidi olduq. Bu müəllimlərə bir il möhlət hüququ verilməsinə rəğmən nəticə yenə eyni oldu.

Biz övladımıza öz ixtisası üzrə 50% nəticəni toplaya bilməyən müəllimin dərs deməsini istəmərik. Hər kəs öz övladını ən yaxşı müəllimin yanına qoymaq istəyir. Nazir də bunu deyir və bildirir ki, daha keyfiyyətli, şagirdləri öyrədə bilən müəllimlərə maaş verək. Nazir bu nöqteyi-nəzərdən diqqət çəkməyə çalışdı”.

0