Uşaqlar üçün təhlükəli yeni il hədiyyə qutuları

ÖLKƏ
19:58 / 23.12.2025
48

Yeni il bayramı yaxınlaşdıqca mağazalarda uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng hədiyyə qutularının sayı artır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.Az-a açıqlamasında bildirib ki, qutunun içərisində olan məhsulların üzərində buraxılış tarixi və son istifadə müddəti göstərilmirsə, həmin malların geri qaytarılması məqsədəuyğundur:

"Lakin bəzi konfetlərin üzərində bu məlumatlar ümumiyyətlə olmur. Etiketlərin ölçüsü kiçik olduğu üçün istehlakçılar onları yoxlamaqda çətinlik çəkirlər.Yəni, valideynlər bu qutuları alarkən mütləq diqqətli olmalıdırlar. Əgər şübhəli nəsə varsa, geri qaytarıb dəyişdirmək hüquqları var. Belə hallarla rastlaşan istehlakçılar 012 599 76 00 telefon nömrəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat versinlər".

Sevinc

0