"Balaca Heydərin iki oğlu var" - İlham Əliyev

ÖLKƏ
10:00 / 25.12.2025
98

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

HİT.az xəbər verir ki, görüş zamanı Ağdam sakini ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.
 
Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.
 
Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).
 
Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.
 
Mehriban xanım Əliyeva: Çox sağ olun.
 
Prezident İlham Əliyev: İki uşağı var.
 
Sakinlər: Allah saxlasın.
 
Prezident İlham Əliyev: İki oğul.

0