Bu insituta direktor təyin edildi

ÖLKƏ
10:50 / 27.12.2025
43

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib.

 

"Report" xəbər verir ki, bu, Faiq Mirzəyevdir.

 

O, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvəz edib.

 

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.

0