Bir ildə Azərbaycanda istifadəyə verilən müəssisələr

ÖLKƏ
15:49 / 27.12.2025
54

Bu il Azərbaycanda istifadəyə verilən müəssisələrin siyahısı açıqlanıb.

2025-ci ilin yanvar-noyabr aylarında istiffadəyə verilən yeni inzibati bina və müəssisələri təqdim edir:

- Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binası, qəlyanaltı məhsullarının istehsalı zavodu, Özbəkistan səfirliyinin yeni binası, Səməd Vurğun adına Yaradıcılıq Evi, park, Zəfər muzeyi, “AZWOOL” mineral daş yunu zavodu;

- Gəncə şəhərində Gəncə Avtoparkı, Gəncə Memorial Kompleksi, Gəncə Stadionu;

- Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyası;

- Xankəndi şəhərində “Xankəndi” Biznes Mərkəzi, Xankəndi Konqres Mərkəzi, Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu;

- Sumqayıt şəhərində tikinti kimyəvilərinin istehsalı zavodu, yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu;

- Abşeron rayonunda dərman preparatları istehsalı müəssisəsi;

- Ağdam rayonunda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, tütün məmulatlarının istehsalı müəssisəsi, Sarıcalı kəndinin birinci mərhələsi, Kəngərli kəndinin birinci mərhələsi, Xıdırlı kəndinin 1-ci mərhələsi, Kəngərli kənd tam orta məktəbi, Kəngərli kənd körpələr evi-uşaq bağçası, 1 nömrəli tam orta məktəb, 1 nömrəli körpələr evi-uşaq bağçası, Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam REAL SEKTOR 41 Mərkəzi, Ağdərə rayonunda məscid;

- Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolu, Horovlu kəndinin birinci mərhələsi;

- Füzuli rayonunda Əhmədbəyli-Füzuli-Şuşa yolu;

- Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi;

- Xocalı rayonunda “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, heyvandarlıq kompleksi, kərpic zavodu;

- Xocavənd rayonunda məscid;

- İsmayıllı rayonunda “Talıstan” liseyi, “Coca-cola” istehsalı müəssisəsi;

- Kəlbəcər rayonunda “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları;

- İmişli rayonunda arpa emalı müəssisəsi;

- Laçın rayonunda tikiş fabriki, ayaqqabı fabriki, “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyaları, İstirahət Kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi, Beynəlxalq Hava Limanı;

- Şuşa rayonunda Daşaltı kənd məscidi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi;

- Yevlax rayonunda 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyası, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi, Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi, pilot aqroparkı, Olimpiya İdman Kompleksi;

- Zəngilan rayonunda Ağalı kəndinin 2-ci mərhələsi və s.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 3592,6 milyon manatı (97,9 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.//Qafqazinfo

0