Həsən Zeynalov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

ÖLKƏ
16:24 / 30.12.2025
60

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Qeyd edək ki, Həsən Sultan oğlu Zeynalov 1951-ci ilin 1 yanvarında dünyaya gəlib. O, 2004-2021-ci illərdə Azərbaycanın Türkiyənin Qars və İstanbul şəhərlərində Baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi, Türkmənistan və Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri səfiri olub.

0