İsmayıl Vəliyev azadlığa buraxıldı

ÖLKƏ
17:21 / 30.12.2025
43

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.

0