Keçmiş partiya sədrinin səhhəti pisləşib - İtaliyada müalicə alır

ÖLKƏ
17:58 / 05.01.2026
137

Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti pisləşib.

Modern.az-a danışan keçmiş partiya sədri hazırda İtaliyada müalicə olunduğunu bildirib.

"Ürək - damar və osteoxondrozla əlaqədar İtaliyada müalicə alıram. Həkimlər müəyyən müddət sakit yaşamağı, siyasətdən kənar olmağı məsləhət bilirlər", - Rauf Qurbanov deyib.

Qeyd edək ki, 2023-cü ildə qəbul edilən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, 5000 üzvü olmayan partiyalar Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Nəticədə Azərbaycan Kommunist Partiyası da qeydiyyatdan keçə bilməyərək fəaliyyətini dayandırıb.

0