Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat

ÖLKƏ
16:10 / 09.01.2026
100
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavin təyin olunub.

Nazirin digər əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb. 

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.


Aslan Hüseynov 


Tamerlan Allahverdiyev 
0