Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanıldı

ÖLKƏ
11:14 / 10.01.2026
102

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

0