Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikləri həyata keçirilib.
HİT.az Manşet.az-a istinadən xəbər verir ki, edilən dəyişikliklərdən sonra icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektor adlandırılıb. Ləğv edilən şöbələrin müdir vəzifələri isə icra başçılarının müavinlərinə həvalə edilib. Bundan sonra icra başçısının müavinləri müavin vəzifəsi ilə bərabər şöbə müdiri vəzifəsini də həyata keçirəcəklər.
Ləğv edilən şöbələr bunlardır: ərazi-təşkilat məsələləri şöbəsi, ictimai-siyasi məsələlər şöbəsi, sosial-iqtisadi inkişafın təhlili şöbəsi, memarlıq və tikinti şöbəsi, rayon təsərrüfat məsələləri şöbəsi.
Bütün bu şöbələrin rəhbərlərin səlahiyyəti icra başçısının müavininə verilib. Həmin o şöbələrin tabeliyində isə sektor müdiri vəzifəsi təsis edilib. Həyata keçirilən struktur dəyişikliklərində sonra icra hakimiyyətlərində bir sıra kadr islahatları da aparılıb.
Bununla bağlı məlumatı icra hakimiyyətlərindən təsdiq ediblər.


