Biləsuvarda 1100 abonentin qazı kəsiləcək

ÖLKƏ
13:29 / 18.01.2026
49

Biləsuvarda qaz kəsiləcək.

Hit.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, rayonun Xırmandalı kəndi ərazisində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1100 abonentin qaz təchizatının 19.01.2026-cı il tarixdə saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

0