AYB-dən xəbərdarlıq: Onların siyahısı əlifba sırası ilə dərc olunacaq

ÖLKƏ
18:58 / 18.01.2026
52

“Hazırda yazıçıların ödənişi davam edir və son günlər bu sahədə canlanma müşahidə olunur”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O, yazıçıların üzvlük haqqı ilə bağlı danışarkən qeyd edib ki, Birlikdən xaric olunma xəbərdarlığından sonra bəzi yazıçılar ödənişlərini həyata keçiriblər:

“Mənim əlimdə tam statistika yoxdur, amma ödənişlər artıq başlayıb. Biz üzvlərimizi məsuliyyətsizlikdə günahlandırmırıq. Onlardan bəziləri müəyyən səbəblərdən ödəniş etməyib, bəziləri isə sadəcə unutmuşdu. Bu günlərdə bir çox yazıçı gəlir və ödənişlərini həyata keçirir.

Fevralın 1-dək müddət var, ondan sonra konkret qərar veriləcək. Siyahıda tanınmış imzalar da mövcuddur. İl ərzində 15 manat heç kim üçün çətinlik yaratmamalıdır. Eyni zamanda bu insanlar könüllü olaraq AYB-yə üzv olublar və buna görə də Birliyin nizamnaməsinə uyğun hərəkət etməlidirlər.

Ödəniş etməyənlərin siyahısı əlifba sırası ilə dərc olunacaq və həmin şəxslər Birlikdən xaric ediləcək”.

0