Azad Vətən Partiyasının rəhbərliyi Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
Şəhidlərin ruhlarına dualar oxuyub, məzarlarının üzərinə gül dəstələri qoyub. Partiyanın Şəki, Zaqatala, Mingəçevir və digər rayon şöbələri Şəhid abidələri və məzarlıqlarını ziyarət ediblər.
Partiya sədri Akif Nağı mətbuata açıqlama verib:
"Havaların sərt olmasına baxmayaraq, insanlar kütləvi şəkildə Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərin ruhları qarşısında öz borclarını yerinə yetirirlər. Bu, çox vacib məqamdır. Həmin gün xalqımız bütün dünyaya, sovet irticasına öz iradəsini nümayiş etdirdi. Yüz illər də keçsə də xalqımız bu gündə həyatını itirən irtica qurbanlarının xatirəsini yad edəcək. Eyni zamanda, xalqımızın bu qəhrəmanlıq səhifəsindən, şanlı tarixindən qürur hissi keçirdiyini nümayiş etdirəcək. Şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik".




