Zaur Əliyev həmin dəyişiklikdən danışdı

ÖLKƏ
11:21 / 27.01.2026
50

İcbari tibbi sığorta haqqının məbləğinə dəyişiklik edilib.

HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə danışarkən bildirib.

Z.Əliyev qeyd edib ki, qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işləyənlər üzrə sığorta haqqının hesablanması qaydası dəyişdirilib:

“İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %; işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5% tutulur. Əvvəl bu məbləğ 8000 manat idi”.

0