Bu gün səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.
Hit.Az xəbər verir ki, işlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan davam etdiriləcək.
Şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub. Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərlərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.