Qarlı havada yola çıxmadan nələrə diqqət etməliyik?

ÖLKƏ
19:39 / 04.02.2026
39

Qarlı qış günündə avtomobil sürmək olduqca çətindir.

Qarlı havada yol gedən sürücülər ünvan başına rahat çatmağı düşünürlər. Yəni qarlı, buzlu yollarda sürücülərin xəsarətsiz hərəkəti olduqca önəmlidir. Bunun üçün isə avtomobildə bəzi detallara diqqət etmək çox vacibdir.

Ümumiyyətlə, qarlı havada yola çıxmadan əvvəl avtomobildə nələrə diqqət etməliyik?

Avtomobil ustası İbrahim Mustafeyev Hit.az-a açıqlamasında deyib ki, sükan arxasına yeni keçən sürücülər buzlu yollarda avtomobil idarə etməməsi tövsiyə olunur:

"Çünki yolların buz bağladığı bir dövrdə avtomobil idarə etməyi yeni öyrənən sürücülər özlərindən çox əmin olmamalıdırlar. Bu, həm onların, həm də digər şəxslərin həyatı üçün təhlükəli ola bilər. Həmçinin, avtomobil də saz vəziyyətdə olmalıdır. Ən önəmlisi isə maşının qışa hazır olmasıdır". 

Usta qeyd edib ki, ilk növbədə maşının təkərlərinə fikir verməliyik:

"Ya təkərə zəncir taxılmalı, ya da qış təkərindən istifadə edilməlidir. Bundan əlavə, sürücülər ilk növbədə nəqliyyat vasitəsinin sürtkü yağına və isidici mayelərin vəziyyətini daim diqqətdə saxlamalıdırlar. Yəni şaxtalı havalarda donmayan mayelərdən istifadə etmək tövsiyə olunur".

Günel

0