Hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.
Yaxınlarının verdiyi xəbərə görə, tanınmış jurnalist Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.
7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.
Hazırda o, reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS bağlanana qədər orada çalışıb. Bu illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.
Mənbə: Gununsesi.info


