Alidə Mustafayeva həyat yoldaşından ayrılıb?

ÖLKƏ
13:00 / 07.02.2026
46

Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayiələr yayılmaqdadır.

Oxu.Az-a verdiyi açıqlamada Alidə Mustafayeva sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

"Mediada ayrılmağımız haqqında yayımlanan məlumatlar tamamilə əsassızdır", - deyə A.Mustafayeva qeyd edib.

 

Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub.

0