Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəcəb Babaşov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Adil Vəliyev başçının müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, A.Vəliyev 2024-cü ilin aprelində başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, icra başçısı bir neçə gün bundan əvvəl köməkçisi Süleyman Axundovu da vəzifəsindən azad edib.


