Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı

ÖLKƏ
09:41 / 10.02.2026
88

Əməkdar jurnalist, tanınmış idman şərhçisi, İdman TV-nin keçmiş direktoru Rövşən Binnətlinin səhhətində problem yaranıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, R.Binnətli təcili Respublika Diaqnostika Mərkəzinə aparılıb. Onun səhhətində ciddi problem olduğu üçün təcili reanimasiyaya yerləşdirilərək, əməliyyat olunub. 7 saatdan çox davam edən əməliyyat uğurla nəticələnib.

Açıq ürək əməliyyatı keçirilən R.Binnətlinin səhhətinin hazırda stabil olduğu bildirilir. Tanınmış jurnalistin oğlu Tahir Novruzov Manset.az-a açıqlamasında xəbəri təsdiqləyib:

"Atam ağır ürək əməliyyatı keçirib. Onun ürəyinin bir damarı dəyişdirilib. Hazırda vəziyyəti stabildir".

0