TƏBİB-in yeni sədri dəyişikliyin anonsunu verdi - İLK AÇIQLAMA

ÖLKƏ
17:20 / 16.02.2026
51

Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

 
Hit.az xəbər verir ki, Manset.az Anar İsrafilovla əlaqə saxlayıb. O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib:
 
"Hələki yeni təyin olunmuşam. Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".
 
Qeyd edək ki, Anar israfilov 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır.
0