Nazirin müşaviri vəzifəsindən azad edildi

ÖLKƏ
11:43 / 17.02.2026
53

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Oleq Əmirbəyov bir neçə gün əvvəl Akademik Rus Dram Teatrına direktor vəzifəsinə təyin edildiyi üçün vəzifəsindən azad edilib.

0