Mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışın (kupçanın) verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat təşkil edir.
HİT.az "Milli.az"a istinadən xəbər verir ki, çıxarışın hazırlanma müddətindən asılı olaraq əlavə xidmət haqları tətbiq olunur.
Belə ki, sənəd 10 iş gününə təqdim edildikdə 36 manat, 7 iş gününə 54 manat, 3 iş gününə 72 manat, 1 iş gününə hazırlandıqda isə 108 manat ödəniş tələb edilir.
Mənzilə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.


