Azərbaycanda yeni vəzifələr yaradılır

ÖLKƏ
11:49 / 24.02.2026
54

Milli Məclis Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılmasını bir oxunuşda təsdiqləyib.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fevralın 19-da keçirilən iclasında müzakirə olunan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Qərarında dəyişikliklər layihəsində öz əksini tapıb.

Sənədə görə, Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramid Zakir oğlu Namazov, Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eyvaz Daşdəmir oğlu Qurbanov, Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Məmmədəli qızı Paşayeva, Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərim oğlu Allahverənov təyin ediliblər.

0