Anasının qətlinə kömək edən gəncə hökm oxundu - Niyə dörd il?

ÖLKƏ
17:47 / 25.02.2026
56

Anasının qətlinə kömək etməkdə təqsirləndirilən Kamil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

HİT.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunan hökmlə K.Bağırova Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunması) tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hadisə 2024-cü ilin dekabr ayında Ağcabədidə baş verib. İttihama görə, 1982-ci il təvəllüdlü Afət Əsgərova kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tərəfindən qətlə yetirilib. Qadının oğlu - 2008-ci il təvəllüdlü K.Bağırov isə yeznəsi L.Nəsibova qətlin törədilməsində kömək edib.

Təqsirləndirilən Kamil Bağırova istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5 120.2.4-cü maddələri ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı əməl 32.5 120.1-ci maddələrinə tövsif edilib.

Qətli törətməkdə təqsirli bilinən Loğman Nəsibovun cinayət işi ayrıca icraata verilib.

0