"Xocalı soyqırımınının 34-cü ildönümü zamanı Prezident İlham Əliyevin Xocalıya səfəri beynəlxalq ictimaiyyətə verilən mesaj baxımından çox əhəmiyyətlidir".
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan tarixinin vacib hadisələri ilə bağlı tədbirlər keçirilir:
"Cənab Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfər etməsi, insanlarla birlikdə olması dövlətimizin gücünü və gələcəyə çox inamlı olduğumuzu göstərir. Bu baxımdan hər səfərin, Qarabağda aparılan quruculuq işlərin müstəsna əhəmiyyəti var".

Millət vəkili qeyd edib ki, Xocalı soyqırımı tariximizin ən ağır səhifələrindən biridir:
"1992-ci ildə ermənilər yeni yaranmış dövlətin zəifliyindən istifadə edərək Azərbaycan xalqına qarşı çox qanlı bir faciə törətdilər. Onlar düşünürdülər ki, bununla Azərbaycan xalqını qorxuda biləcəklər, ancaq bunun tam əksi baş verdi. Xalq işğalla barışmadı, səbr etdi və lideri ətrafında sıx birləşərək torpaqlarını işğaldan azad etdi".
Deputat diqqətə çatdırıb ki, ölkə başçısının Xocalı soyqırımının ildönümündə Xocalıda və Xocavənddə olması dövlətimiz öz suverenliyini qoruya bildiyinin daha bir sübutudur:
"Xocalı bir vaxtlar ancaq qanlı hadisə kimi yada düşürdü. Lakin artıq Xocalıya həyat yenidən qayıdıb, orada sürətli yenidənqurma işləri aparılır. Biz o qanlı tarixi unutmayacağıq, Xocalı da inkişafımızın simvoluna çevriləcək".
Günel

