Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi “Ana harayı” abidəsini ziyarət edib.
Hit.az xəbər verir ki, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.








